''Türkiyə Planetary Congress tədbirinə ev sahibliyi edəcək''

Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır 70-dən çox dünya şöhrətli astronavtın Türkiyəyə gələcəyini açıqlayıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Nazir Mehmet Fatih Kacır verdiyi açıqlamada, Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzinin (GUHEM) Kosmik Tədqiqatlar Dərnəyinin (ASE) təşkil etdiyi Planetary Congress tədbirinə ev sahibliyi edəcəyini bildirib.

Mehmet fatih Kacır Türkiyənin 5 gün ərzində 70-dən çox dünya şöhrətli astronavtı qonaq edəcəyini bildirib.

“Dünya şöhrətli astronavt və kosmonavtların da iştirak edəcəyi Planetary Congress tədbirinin Türkiyədə keçirilməsi çox əhəmiyyətlidir'',-deyə Mehmet Fatih Kaçır vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə