Rusiyadan Almaniyaya qaçan fərari və qaçanların sayı...

Almaniya Daxili İşlər Nazirliyi Ukraynada xüsusi əməliyyat başlayandan bəri Rusiyadan bu ölkədən sığınacaq almış fərarilərin və hərbi xidmətdən qaçanların sayını hesablayıb.

“Kommersant”ın RND-yə və Almaniya departamentinin məlumatlarına istinadən verdiyi xəbərə görə, sol partiyadan olan deputat Klara Büngerin tələbi ilə təqdim olunan sığınacaq üçün ümumilikdə 3,5 min müraciət daxil olub.

Almaniya hakimiyyəti Dublin razılaşmasına uyğun olaraq 1100 müraciəti başqa bir Avropa İttifaqı ölkəsinə köçürüb.

Hesabatda qeyd edilir ki, Almaniya Rusiyadan olan 90 rus fərari və əsgərə sığınacaq verib. Federal Miqrasiya və Qaçqınlar İdarəsi bildirib ki, fərarilər müntəzəm olaraq beynəlxalq müdafiə almağa davam etməlidirlər. Deputat Bünger ölkə hakimiyyətindən xidmət etmək istəməyən daha çox rusiyalıya sığınacaq verməyi xahiş edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Bundan əvvəl Almaniya hakimiyyəti ölkənin miqrantları qəbul etmək ərəfəsində olduğunu bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə