Bu arada Afrikada təyyarə qəzaya uğrayaraq alovlanıb. Qəzanın səbəbləri açıqlanmır.
SİA-nın əldə etdiyi məlumata görə, “Malijet” xəbər portalı bildirir ki, təyyarə Malinin şərqindəki Qao hava limanında qəzaya uğrayıb.
Hadisə şahidinin sözlərinə görə, təyyarə eniş zamanı hava limanının yaxınlığında qəzaya uğrayıb və sonra alovlanıb. Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir.
Verilən məlumata görə, Malidə qəzaya uğrayan təyyarə Yevgeni Priqojinin şəxsi hərbi şirkətinə məxsusdur.
Qeyd edək ki, söhbət “İl-76” nəqliyyat təyyarəsindən gedir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə