Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası ilə bağlı nümayişlər davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, nümayişlərə qatılan çoxlu sayda insan polis tərəfindən saxlanılıb.
Azərbaycan ordusunun Qarabağda lokal xarakterli antiterror əməliyyatlarına başlamasından sonra Ermənistanın paytaxtı İrəvanda erməni müxalifətinin təşəbbüsü ilə keçirilən etiraz aksiyaları davam edir. Səhər yüzlərlə insan baş nazir Nikol Paşinyanın Qarabağdakı terror qruplaşmalarını dəstəkləmədiyini əsas gətirərək istefası tələbi ilə yürüş keçirib. Paytaxtın ən gur prospekt və xiyabanlarında başlayan yürüşlərdə “Xain Nikol” şüarları səsləndirilərkən, Ermənistan polisi nümayişçilərə müdaxilə edib. Polislə etirazçılar arasında baş verən davada xeyli adam saxlanılıb.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə