Nyu-Yorkda siçovullara görə tarixi gigiyena böhranı yaşanır. SİA xarici mətbuata istinadən xəbər verir ki, gözoxşayan şəhər siçan cənnətinə çevrilib. Səhiyyə Nazirliyinin məlumatlarına görə, təkcə 2022-ci ildə ictimai yerlərdə siçanlarla bağlı 60 mindən çox məlumat var. Bu, əvvəlki illə müqayisədə 102 faiz çoxdur.
2023-cü ildə vəziyyətin daha da pisləşdiyi görünür. Nyu York ən böyük böhranlarından birini yaşayır. Küçə və prospektlərdə zibil çoxaldıqca siçanların sayı da artır.
Nyu-York Bələdiyyəsi bir neçə aydır ki, dərin bir araşdırma apararaq siçovulları idarə etməyə çalışır.
Ancaq vəziyyət o qədər pisdir ki, hətta sizi siçanları görə biləcəyiniz yerlərə aparan səyahətlər də təşkil olunur. Sosial şəbəkələrdə hər gün yeni bir video yayımlanır. Turist bələdçiləri siçan turlarını biznesə çevirərək pul qazanmağa çalışırlar.
Ehtiyat tədbiri olaraq zibilin küçəyə çıxarılması vaxtının məhdudlaşdırılması, restoranlarda yemək tullantılarının küçəyə buraxılmaması kimi tədbirlər tətbiq edilib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə