İqlim dəyişikliyi bütün dünyaya təsir etdiyi üçün sentyabr ayında gözlənilməz hava hadisələri baş verir. SİA xarici mətbuata istinadən xəbər verir ki, iqlim dəyişikliyi və qlobal istiləşmənin təsiri ilə sərt hava şəraiti qorxulu görüntülər yaratmağa başlayıb. Liviyada baş verən qasırğa fəlakətindən sonra on minlərlə ölü və bir çox insan itkin düşsə də, yeni qasırğa ilə bağlı narahatlıqlar davam edir. Bu dəfə görüntülər Fransanın Peru şəhərindən gəlib.

Gözlənilmədən qorxulu tufan görüntüləri öz təsirini göstərib. Sentyabrın ortaları olmasına baxmayaraq, Fransada erkən qar fırtınası müşahidə edilib. Hərəkətdə olan maşınların çətin vəziyyəti diqqət çəkib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə