Rus və Belarus dövlət nömrə nişanlı avtomobillər müsadirə olunacaq, əgər...

Latviyada Rusiya və Belarus dövlət nömrə nişanlı avtomobillərin müsadirəsi ilə bağlı qanun layihəsi hazırlanır

Latviyanın Ədliyyə Nazirliyi ölkə daxilində yerləşən Rusiya və Belarus dövlət nömrə nişanlı avtomobillərin müsadirə edilməsinə icazə verən qanun layihəsi hazırlayır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri idarənin rəhbəri İnese Libina-Eqnere yayımlayıb.

Libin-Eqnerin sözlərinə görə, avtomobil üç ay ərzində yenidən qeydiyyatdan keçməsə və ya ölkəni tərk etməsə, müsadirə olunacaq.

Qeyd edək ki, qanun layihəsinin hazırlanması və qəbulu vaxtı barədə hələ ki, məlumat verilməyib.

Xatırladaq ki, Latviya, eləcə də Norveç, Finlandiya, Polşa, Estoniya və Litva Rusiya dövlət nömrə nişanlı avtomobillərin öz ərazilərinə daxil olmasını qadağan edib. Latviya hakimiyyəti bu cür nəqliyyatın artıq Avropa İttifaqının ərazisində yerləşdiyi təqdirdə onu müsadirə etməyəcəklərini bəyan edib.

Yeri gəlmişkən, Estoniyanın daxili işlər naziri Lauri Lyaenemets də Rusiya dövlət nömrə nişanlı avtomobillərin müsadirə edilməsi və ya yenidən qeydiyyata alınmasının zəruriliyindən danışıb.

...Litva da oxşar bəyanatlarla çıxış edib.

Bu arada bildirək ki, sentyabrın 8-də Avropa Komissiyası Rusiyadan Avropa İttifaqı ölkələrinə daxil olanlar üçün sanksiya qanunvericiliyinin şərhini - yəni 833/2014 saylı Qaydanın 3i maddəsini yeniləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə