Sentyabrın 25-29-da Türkiyənin ilk kosmos və aviasiya mövzusunda interaktiv təlim mərkəzi olan Gökmen Kosmik Aviasiya Tədris Mərkəzində keçiriləcək Planet Konqresi tədbiri çərçivəsində 70-dən çox dünya şöhrətli astronavt və kosmonavt Türkiyəyə gələcək. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin ilk kosmik aviasiya mövzulu interaktiv təlim mərkəzi olan GUHEM-də keçiriləcək konqres Bursa Ticarət və Sənaye Palatası və Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurasının əməkdaşlığı ilə təşkil olunacaq. Tədbir çərçivəsində GUHEM və Bursa Biznes Məktəbinin təşkilatçılığı ilə şəhərə gələcək 70-dən çox astronavt 5 gün ərzində mühüm tədbirlərdə iştirak edəcək. Sentyabrın 25-29-da keçiriləcək konqresdə kosmosda gördüyü işlərlə adından söz etdirən astronavtlar və kosmonavtlar kosmos şüurunu artırmaq üçün çalışacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə