ABŞ lazer silahlarına keçid edir

Qlobal müdafiə mediasında yayılan məlumatlara görə, ABŞ quru, dəniz və hava qüvvələrinin lazer silahları ilə təchiz olunmasını sürətləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 5 sahədə lazer sistemlərinin inkişaf etdirildiyi ölkədə büdcənin üç dəfə artırılması və Sakit okeandakı donanmaların Çinə qarşı lazer silahları ilə təchiz edilməsi də nəzərdə tutulur.

Əldə edilən məlumata görə, ABŞ lazer sistemlərində daha bir prioriteti Şimali Koreya və Çinə qarşı Sakit Okeandakı dəniz donanmalarına verib. ABŞ prezidenti Co Baydenin hökuməti lazer silah sistemlərinin bəzilərinin bu bölgədəki Amerika döyüş gəmiləri və təyyarə gəmilərinə inteqrasiya olunmasını istəyir. Sakit okean regionunda lazer sistemlərinin inteqrasiyasının 18-24 ay ərzində baş tutacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə