Filippin Vulkanologiya və Seysmologiya İnstitutu ətrafında "Taal" vulkanının aktivləşmə riski ilə bağlı açıqlama verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada vulkanın ətrafında vulkanik tüstü göründükdən sonra 5 səviyyəli həyəcan sistemində 1-ci səviyyə xəbərdarlığı edilib. Vulkan tüstüsünün tərkibində kükürd dioksid olduğu və tüstüyə məruz qalmanın gözləri qıcıqlandırdığı, tənəffüs yollarını zədələdiyi bildirilib. Bundan əlavə, məlumatda turşu yağışı ilə bağlı xəbərdarlıq edilib və sakinlərə evdən çıxmamaq və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.
Dünyanın ən kiçik vulkanı olan "Taal" Filippindəki 10-dan çox aktiv vulkandan biridir. Ölkə Sakit okeanda zəlzələlərin və vulkan püskürmələrinin tez-tez baş verdiyi “Alov qurşağı” adlanan qırılma xəttində yerləşir.
26 mart 2022-ci ildə "Taal" vulkanındakı aktivliyə görə 1200-ə yaxın insan təxliyə edilib. Səlahiyyətlilər vulkan aktivləşdikdən sonra 5 mərhələli xəbərdarlıq sistemində xəbərdarlıq səviyyəsini 3-ə yüksəldib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB