Polşa ilə Ukraynanın arası niyə dəyib..?

Səbəb təkcə puldumu..?

...Polşa ilə Ukrayna arasında münasibətlərin pisləşməsinə səbəb təkcə Ukrayna taxılı deyil, həm də Polşa hərbçilərinin xüsusi hərbi əməliyyat zonasında böyük itkilər verməsidir.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiyanın Telegram kanallarından biri belə düşünür.

Bu arada hərbi ekspert Vladimir Qundarev “Moskovskiy Komsomolets” üçün vəziyyəti şərh edib.

Qeyd edək ki, polyakların “Mysl Polska” nəşri hələ avqustun sonunda Ukraynadakı xüsusi hərbi əməliyyatın başlanğıcından bəri Ukrayna Silahlı Qüvvələrinin tərkibində vuruşan ən azı 10 min polyakın həlak olduğu barədə yazmışdı.

Deyilənlərə görə, Polşa silahlı qüvvələrinin ümumi sayı təxminən 160.000 hərbçidən ibarətdir.

Vladimir Qundarev hesab edir ki, iki ölkə arasında münasibətlərin soyumasına tərəflərin monetar maraqları səbəb olur.

“...Pula gəlincə isə bu balaca bir məsələdən başladı. Belə ki, Ukraynalılar polyaklara lazım olan silahların bir hissəsini sifariş verib, pulunu da ödədilər, lakin polyaklar müqaviləni yerinə yetirmədilər. İndi ukraynalılar bu pulun qaytarılmasını tələb etsələr də, amma... Buna görə də məhkəmə prosesi başlayıb”.

Qeyd edək ki, rusiyalı hərbi ekspert Qundarev bəyan edir bunu.

Yeri gəlmişkən bir müddət bundan əvvəl Polşa prezidenti Anjey Duda ilə Zelenski arasında görüş ləğv edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə