İtaliyada meşə yanğınları davam edir

İtaliyada meşə yanğınları davam edir

İtaliyanın cənubundakı Siciliya adasının şimalındakı Palermo şəhəri ətrafında ötən gün başlayan meşə yanğınlarına qarşı tədbirlər davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğın təhlükəsi olan bəzi yaşayış məntəqələri boşaldılıb.

Gün ərzində yanğınları havadan və qurudan söndürmək üçün müdaxilə edən yanğınsöndürmə qrupları hava qaraldıqca qurudan işlərini davam etdirir. Yanğınla əlaqədar bəzi yaşayış məntəqələri də boşaldılır.

Bütün xəbərlər Facebook səhifəmizdə