Aya enən "Çandrayaan-3" ilə əlaqə yaratmaq mümkün deyil

Aya enən "Çandrayaan-3" ilə əlaqə yaratmaq mümkün deyil

Hindistan Aya enən "Çandrayaan-3" ilə əlaqənin mümkün olmadığını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Hindistan, Ayın cənub qütbündəki missiyasını başa vurduqdan sonra yuxu rejiminə keçən "Çandrayaan-3" kosmik kəşfiyyat vasitəsi ilə əlaqə qurmaq mümkün olmadığını bildirib. Bu barədə Hindistan Kosmik Tədqiqatlar Agentliyi (ISRO) sosial media platformasında məlumat yayıb. Bəyanatda Vikram və Praqyandan heç bir siqnal alına bilmədiyi vurğulanıb: “Bizim (avtomobillərlə) əlaqə yaratmaq üçün səylərimiz davam edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə