Yupiterin peykində həyat əlamətləri tapıldı

Yupiterin peykində həyat əlamətləri tapıldı

Günəş sisteminin ən böyük planeti olan Yupiterin 4 peyki var. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu dörd aydan ən kiçiyi “Avropa” adlanır. 2000 mil genişlikdə olan “Avropa” Yerin peykindən bir qədər kiçikdir.

ABŞ alimləri “Avropa”nın nəhəng yeraltı okeanında həyat üçün ən vacib maddələrdən biri olan karbon olduğunu aşkar ediblər. Cənub-Qərb Tədqiqat İnstitutunun geokimyaçısı və tədqiqatın həmmüəllifi dr Avropanın okeanında həqiqətən həyatın olub-olmadığının hələ dəqiq bilinmədiyini deyib: “Ancaq bu yeni tapıntı “Avropa”nın okeanının mövcud həyatı qəbul etmək üçün yaxşı bir bahis ola biləcəyi iddiasına sübut əlavə edir."

Bütün xəbərlər Facebook səhifəmizdə