Mərakeşdə zəlzələdən zərər çəkən ailələrə hər ay 250 dollar veriləcək

Mərakeş hökuməti zəlzələdən zərər çəkmiş hər ailəyə bir il ərzində hər ay 250 dollar yardım edəcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, büdcədən məsul nazir müavini yerli mətbuata verdiyi açıqlamada, hökumətin bu aydan etibarən zəlzələdən zərər çəkmiş hər ailəyə bir il ərzində ayda 2 min 500 dirhəm (250 dollar) paylamaq niyyətində olduğunu bildirib.

Zəlzələdə evləri dağılan ev sahiblərinə 140 min dirhəm (təxminən 14 min dollar), qismən zədələnmiş evlərin bərpası üçün isə 80 min dirhəm (təxminən 8 min dollar) veriləcəyi bildirilib. Zəlzələdən zərər çəkənlər üçün ayrılan büdcənin təxminən 8 milyard dirhəm (təxminən 800 min dollar) olduğu açıqlanıb.

Bölgədəki əhalinin üçdə ikisinə bərabər olan ölkədə 2,8 milyon insanın zəlzələdən zərər çəkdiyi, dağılan evlərin sayının 32 faizinin tamamilə, digərlərinin isə 59 min 675-ə çatdığı bildirilib.

Sentyabrın 8-də Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, episentri Mərakeşin Əl-Huz bölgəsində olub. Zəlzələdə 3 minə yaxın adamın öldüyü, 6 min 125 nəfərin yaralandığı açıqlanıb.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə