Belarusda Rusiya istehsalı olan yuyucu vasitələr qadağan edilib

Belarusda Rusiya istehsalı olan “Ariel”, “Persil” və “Laska” kimi məşhur çamaşır yuyucu vasitələrinin satışı qadağan edilib.

Bu barədə “Təhlükəsizlik və Keyfiyyət” rəsmi Telegram-da dərc olunan Dövlət Standartının məlumatında deyilir.

SİA-nın əldə etdiyi məlumata görə, Belarus Dövlət Standartı Rusiyada istehsal olunan bir neçə növ yuyucu vasitəni təhlükəli məhsulların reyestrinə daxil edib.

Söhbət xüsusilə “Ariel automat dağ bulağı” yuyucu toz, sintetik yuyucu vasitə “Persil Sensitive” və maye yuyucu vasitə “Laska Care” kimi brendlərdən gedir.

Qeyd edilir ki, hər üç növ məhsul köpüklənmə sürətinin artması səbəbindən Gömrük İttifaqının texniki reqlamentlərinin tələblərinə cavab vermir.

Bundan əlavə, "Laska Care" maye yuyucu vasitə "təmizləmə qabiliyyəti" baxımından GOST-un məcburi tələblərinə cavab vermir.

Yeri gəlmişkən, sadalanan məhsul növlərinin satışına və idxalına qoyulan qadağa sentyabrın 26-dan qüvvəyə minir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə