Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanov, Rusiya hakimiyyətinin yeni ərazilərdə reallığı fəal şəkildə əvəz edib və tarixi təhrif etməkdə ittiham edib.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, “1+1” telekanalına müsahibə verən Budanov, Moskvanı onun əcdadlarının yandırdığını bildirib.
Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi fikirlərini belə bölüşüb ki, Ukrayna Kiyev Rusunun əsl varisi olmaqla öz şanlı tarixini qaytarmalıdır. Budanov, reallığın əvəzlənməsini tarixin dəyişməsi ilə başladığını iddia edib.
“...Reallığın əvəzlənməsi. Adətən tarixdə dəyişikliklə başlayır. Bölgələr üçün süni tarix yaratmağa başlayırlar ki, onların tarixi olmur, bu düzgün deyil”.
Bunları bildirən Budanov “...biz öz tariximizi geri qaytarmalıyıq. Biz Kiyev Rusiyik. Hər şey oradan uzaqlaşıb. Moskvanı da eyni vaxtda yandıran atalarımız olub. Kiyev Rusu o vaxt Konstantinopola daxil oldu. Biz öz tariximizi qaytarmalıyıq və bu, şərəflidir”, - deyə əlavə edib.
...Ruslara görə, çox güman ki, Budanov 1618-ci ildə Moskvanın mühasirəyə alınmasından danışır.
Xatırladaq ki, o zaman müasir Ukraynanın milli qəhrəmanlarından sayılan Zaporojye getmanı Pyotr Saqaydaçnı Polşa kralının ordusunun tərkibində olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə