Gürcüstan Rusiya ilə “dost”dur, yoxsa...

Gürcüstana Rusiya valyuta bazarında ticarət etməyə icazə verilməyib

Xarici kredit təşkilatlarına və “dost və neytral ölkələrin” brokerlərinə Rusiya valyuta bazarında, eləcə də törəmə alətlər bazarında ticarət etməyə icazə veriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, belə dövlətlərin siyahısını təsdiq edən sərəncamı Rusiya hökumətinin sədri Mixail Mişustin imzalayıb.

Beləliklə, siyahıya Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Əlcəzair, Banqladeş, Bəhreyn, Braziliya, Venesuela, Vyetnam, Misir, Hindistan, İndoneziya, İran, Qazaxıstan, Qətər, Çin, Kuba, Malayziya, Mərakeş, Monqolustan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Türkiyə, Cənubi Afrika daxildir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, əvvəlcə Gürcüstan da daxil olmaqla, hərraca 44 ölkənin buraxılması nəzərdə tutulsa da, sonradan siyahı 32 ölkəyə endirilib.

Məsələ bundadır ki, Gürcüstan bu siyahıda yoxdur. Niyə, çünki bu ölkə Rusiya ilə həm “dostdur”, həm də...

Ona görə də, Rusiya Federasiyası ilə “dost” qalmaqda davam edib-etməyəcəyinə qərar verməlidir; çünki onun bu siyahıya daxil olub-olmaması bundan asılı olacaq”,

Qeyd edək ki, bunu maliyyə məktəbinin təsisçisi Andrey Plotnikov bildirib.

Yeri gəlmişkən, 2022-ci ilin martında Rusiya hökuməti dost olmayan ölkələrin siyahısını təsdiqləyib.

...Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan imtina edən Gürcüstan siyahıya daxil edilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə