Rusiyanın Qara dəniz donanmasının qərargahına zərbə endirilib

Rusiyanın Qara dəniz donanmasının qərargahına raket zərbəsi endirilib.

SİA-nın xəbərinə görə, bu barədə Sevastopol qubernatoru Mixail Razvijaeyv bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfinin raket zərbəsi nəticəsində mərmilərdən biri Lunaçarski Teatrının yaxınlığına düşüb.

Qubernator əlavə edib ki, zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə