Əsəd 20 ildən sonra ilk dəfə Çinə səfər etdi

Suriya prezidenti Bəşər Əsəd 20 ildən sonra ilk dəfə Asiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çinə gedib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sonuncu dəfə Çinə 2004-cü ildə gedən və 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bu yana bu ölkəyə gəlməyən Əsədin Asiya Oyunlarının açılış mərasimindən sonra prezident Si Cinpinlə görüşəcəyi bildirilib.

Analitiklər Pekin və Dəməşq administrasiyasının son zamanlar daha da yaxınlaşdığına diqqət çəkərək, Çinin gələcəkdə milyardlarla dollara başa gələcəyi gözlənilən Suriyanın yenidən qurulmasında mühüm rol oynaya biləcəyini şərh ediblər. Çin daimi üzvü olduğu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Avstraliya, Kanada, Avropa İttifaqı (Aİ) və İsveçrənin sanksiyaları ilə üzləşən Əsədə qarşı çoxtərəfli sanksiyaları yekdilliklə dəstəkləməyib. Çin indiyədək ən azı 8 dəfə Əsəd hökumətini pisləyən BMT qətnamələrinə veto qoyub.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə