Ermənistan polisi sentyabrın 22-də müxalifət liderlərindən sayılan, Ana Ermənistan Partiyasının sədri Andranik Tevanyanı saxlayıb. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
O, 1974-cü ildə İrəvanda anadan olub. 2021-2023-cü illərdə Ermənistan parlamentinin deputatı olub. Bu il İrəvan şəhər bələdiyyəsinə üzv seçilib. 2003-2013-cü illərdə Rusiya-Ermənistan Universitetində müəllim işləyib.
A.Tevanyan Qarabağın Azərbaycanın ərazisi olaraq tanınmasına qarşı çıxıb. O, son günlər İrəvanda hökumətə qarşı keçirilən etiraz aksiyasının təşkilatçılarındandır.
Qeyd edək ki, A.Tevanyan Rusiyayönlü siyasi təşkilatın başçısıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə