...Minusinskdən səfərbər olmuş 3 uşaq atası 42 yaşlı Denis Slyusarev Ukraynadakı müharibədə öldürülüb. Qeyd edək ki, 2022-ci ilin payızında səfərbərlik başlayandan bəri arvadı ərini evə qaytarmağa çalışırdı. Onu da qeyd edək ki, Krasnoyarsk diyarının qubernatoru Mixail Kotyukov da bunu edəcəyinə söz vermişdi.
SİA-nın əldə etdiyi məlumata görə, Slyusarev 26 sentyabr 2022-ci ildə səfərbər edilib. Həmən dövrdə onun iki övladı vardş. Sonradan üçüncü övladı dünyaya gəlib.
Səfərbərlikdə olan həyat yoldaşı Viktoriya Slyusareva Müdafiə Nazirliyinə, Rusiya prezidenti Vladimir Putinə, regionun əvvəlki qubernatoru Aleksandr Ussuna, sonra isə yeni qubernator Mixail Kotyukova müraciətlər edib.
Qubernator iki dəfə Slyusareva ilə şəxsən görüşdü və ərini evə qaytaracağına söz verdi. Bu vəd Kotyukovun seçki turu zamanı verildi, amma...
Denis Slyusarev sentyabrın 14-də, ehtimal ki, Zaporojye vilayətində mərmi partlaması nəticəsində həlak olub. Ona martın 31-də rəsmi möhlət verilsə də, bürokratik gecikmələrə görə 6 ay ərzində döyüş bölgəsindən geri qaytarılmayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə