Britaniya kralı III Çarlz Fransaya dövlət səfəri zamanı Ukraynanın Rusiya ilə müharibədə qələbə qazanacağına inamını bəyan edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, cümə axşamı Fransa parlamentinin yuxarı palatası olan Senatda çıxış edən kral İkinci Dünya Müharibəsi zamanı ingilis və fransızların “Avropanın azadlığı uğrunda çiyin-çiyinə vuruşduqları” hadisələri xatırladıb.
Bu gün qitənin əsassız təcavüzlə üzləşdiyini deyən III Çarlz Ukrayna xalqı ilə həmrəy olduğunu bildirib və qeyd edib ki, Fransa və Böyük Britaniya onları dəstəkləyir.
Qeyd edək ki, üç günlük dövlət səfəri ilə Fransaya gələn kral, Senatda çıxışı zamanı Fransa ilə ittifaqın möhkəmlənməsi üçün əlindən gələni edəcəyinə söz verib.
Yeri gəlmişkən, Çarlz Fransa Senatının əsas palatasında çıxış edən ilk Britaniya monarxı oldu.
Onu da qeyd edək ki, Çarlzın Senatdakı çıxış gurultulu alqışlarla qarşılanıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə