Latviya hakimiyyəti Rusiya ilə mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında müqaviləni ləğv etmək qərarına gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, Baltikyanı KİV-lər xəbər verir ki, denonsasiya haqqında qanun layihəsi Latviya Seymi tərəfindən dəstəklənib.
KİV-in məlumatına görə, qanun layihəsini hazırkı şəraitdə Rusiya ilə bu cür əməkdaşlığın davam etdirilməsinin Ukrayna münaqişəsi ilə bağlı Latviyanın mövqelərinə zidd hesab edən Milli Birliyin parlament fraksiyası təqdim edib.
Latviya Daxili İşlər Nazirliyi onu da əlavə edib ki, iş daha çətin olsa da, müqavilənin denonsasiyasından sonra əməkdaşlıq davam edəcək.
Belə ki, Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi qeyd edir ki, müqavilə repatriat statusu tələb edən şəxslər haqqında məlumat əldə etmək üçün yeganə imkandır.
Xatırladaq ki, Latviya və Rusiya arasında hüquqi yardım haqqında saziş 1995-ci il martın 28-də qüvvəyə minib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə