Avropa İttifaqı və NATO üzvləri Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən Baş Assambleyası zamanı Macarıstanı Rusiya və Belarus nümayəndələri ilə görüşlərdən imtina etmək zərurətinə inandırmağa çalışıblar.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto CGTN telekanalına bildirib.
Siyartonun dediyinə görə, vurğulayıb ki, Avropa İttifaqı və NATO ölkələri dialoq qurmağa çalışmaq üçün BMT Baş Assambleyasının platformasından istifadə etmək istəməyiblər.
“...Bizi Rusiya və Belarus nümayəndələri ilə görüşməməyə inandırmağa çalışdılar. Amma mən hesab edirəm ki, bu dalana dirənib”, - deyə Macarıstanlı nazir vurğulayıb.
Xatırladaq ki, Macarıstan Ukrayna münaqişəsi ilə bağlı Avropa İttifaqında özünə məxsus xüsusi mövqe tutur. Belə ki, ölkə öz ərazisindən Ukrayna Silahlı Qüvvələri üçün silah tranzitinə icazə verməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə