Ağ Ev rəhbəri Cozef Bayden qərarlarında müstəqil deyil.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə “Judging Freedom” kanalında Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor danışıb.
“...Mən Ağ Evin indiki rəhbərinin burada həqiqətən məsul olduğunu düşünmürəm. Düşünürəm ki, o, deyilənləri edir”.
Bunu deyən Makqreqor, Baydenə mentorluq edənləri Ukrayna münaqişəsinin daha da uzanmasının dünya üçün təhlükəsini başa düşməyə çağırıb.
Rusların xüsusi hərbi əməliyyata başladığı ilk gündən Qərb silah tədarükünü artırır və Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə Avropa və Britaniyada NATO standartlarına uyğun təlimlər keçirir.
Bunu da amerikalı hərbçi deyib.
Yeri gəlmişkən, BMT Baş Assambleyasında iştirak edən Bayden və Braziliya prezidenti Lula da Silva bir-birlərinə əl verib görüşməyiblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə