Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus KF-16 tipli döyüş təyyarəsinin Seosan şəhərindəki bazadan qalxarkən naməlum səbəbdən qəzaya uğradığı açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, təyyarədən tullanmağı bacaran pilotun səhhətinin yaxşı olduğu və xəstəxanada müşahidə altında olduğu qeyd edilib. Baza daxilində baş verən qəzada mülki vətəndaş itkisinin olmadığı deyilir.
Cənubi Koreya Hərbi Hava Qüvvələri komandanının rəhbərlik etdiyi qrup qəzanın səbəbləri ilə bağlı ətraflı araşdırmaya başlayıb. Ötən ilin noyabrında Cənubi Koreya Hərbi Hava Qüvvələrinin 19-cu qırıcı eskadronuna məxsus daha bir KF-16 qırıcısı mühərrikin yanacaq nasosunun nasazlığı səbəbindən qəzaya uğrayıb. Koreya Aviasiya Sənayesi (KAI) tərəfindən ABŞ mənşəli F-16 lisenziyası ilə istehsal olunan KF-16-lar 1994-cü ildən Cənubi Koreya Hərbi Hava Qüvvələrinin donanmasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə