Türkiyədə yenidən zəlzələ olub.

Türkiyənin Şanlıurfa vilayətində yenidən zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Eyübiye rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 18.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə