Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-da BMT Baş Assambleyası çərçivəsində ilk dəfə Braziliya prezidenti Lula da Silva ilə görüşüb. SİA xəbər verir ki, bu barədə "Unian" məlumat yayıb.
"Biz diplomatik qruplara ikitərəfli münasibətlərdə növbəti addımlar üzərində işləmək və sülhü bərpa etmək səyləri üzərində işləmək barədə göstəriş vermişik. Braziliya nümayəndəsi sülh formulu görüşlərində işləməyə davam edəcək", - prezident deyib.
Xatırladaq ki, əvvəllər Lula da Silva müharibə ilə bağlı Ukraynada birmənalı qarşılanmayan fikirlər səsləndirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə