Avstraliyalı jurnalist ölkəsində tətbiq edilən ad tənzimləməsini sınaqdan keçirmək üçün maraqlı üsuldan istifadə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, avstraliyalı jurnalist Kirsten Drysdeyl körpəsinə metamfetamin adlı narkotik maddəni tərifləyən ad qoyması ilə gündəmə gəlib. Həyat yoldaşını buna razı salmaq üçün çox çalışdığını bildirən jurnalist, bu adı heç kimin bəyənməyəcəyini düşündüklərini, amma yanıldıqlarını deyib.
Bildirilib ki, yenidən quruma müraciət edilib və uşağın adı dəyişdirilib. Bununla belə, qeyd edilib ki, ad rəsmi olaraq dəyişdirilsə belə, uşağın ilk təsdiq edilmiş adı praktika olaraq sistemdə qalacaq.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə