Cənubi Koreya ordusuna məxsus döyüş təyyarəsi qəzaya uğrayıb

Cənubi Koreya hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Sosan şəhəri yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb. SİA Cənubi Koreya ordusunun açıqlamasına istinadla xəbər verir ki, pilot katapult edərək xilas olub. Hazırda təyyarənin düşdüyü yerdə mülki infrastruktura ziyan dəyib-dəyməməsi araşdırılır.

Hələlik qəzanın səbəbi barədə məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə