Rusiyanın Rostov vilayətində Don çayının akvatoriyasında iki gəmi arasında toqquşma baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, Don çayının 2998-ci kilometrliyində, “Qafqaz” limanına buğda yükü ilə üzən “Volqodon-225” gəmisi ilə Qazaxıstana üzən “Astrol-6” gəmisi toqquşub. “Volqodon”da su xəttinin üstündə kiçik bir əzik var, sol tərəfdəki artırmalar zədələnib, “Astrol”un lövbər zəncirində zədə var.
Ümumilikdə itki və neft sızıntısı yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB