Ərdoğan: Türkiyə NATO qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirir

Ərdoğan: Türkiyə NATO qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirir

Türkiyə hərbi gücü və maliyyə dəstəyi baxımından NATO-nun ilk beş ölkəsi arasındadır.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Prezident Rəcəb Tayyib Ərdoğan “Concordia” sammitində iştirakçıların suallarını cavablandırarkən deyib.

“Biz həm hərbi güc, həm də maliyyə dəstəyi baxımından NATO-da xüsusi mövqe tuturuq. Bu gün Türkiyə NATO qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirən ölkədir. NATO daxilindəki tərəfdaşlarımızla ümumi maraqlarımız var. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə Türkiyə Prezidenti bildirib

Bütün xəbərlər Facebook səhifəmizdə