“Kimin əvvəli, kimin axırı...”

“Kimin əvvəli, kimin axırı...”

...Leninqrad vilayətinin Vsevolojsk şəhərinin sakini, 2011-ci ildə qətl, soyğunçuluq, banditizm və qanunsuz silah saxlama ittihamı ilə səkkiz il həbs cəzasına məhkum edilmiş İqor Şalonin...bu gün Rusiya ordusunda müqaviləli xidmət üçün reklam kampaniyasının siması olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yerli yurnalistlər internetdə Şalonin Ukraynadakı müharibə ilə bağlı danışdığı bir neçə reklam tapıblar.

Belə ki, Şalonin reklamda müqavilə ilə ixidmət edənlərin “yaxşı dəstəkləndiyini”, onlara vaxtında “kifayət qədər pul” verildiyini iddia edir və bunun əksini söyləyənlərə inanmağa çağırır.

Deyilənlərə görə, Şalonin əvvəllər Sankt-Peterburqda keçmiş çevik polis zabiti Aleksandr Rıjev başda olmaqla məşhur “Rıjey bandası”nın üzvü olub.

2000-ci illərin sonunda bu mütəşəkkil cinayətkar qrupun on iki üzvü müttəhimlər kürsüsündə oturulub.

Qeyd edilir ki, digər cinayətlər arasında, onlar "FSB zabitləri" adı altında qətllər, soyğunçuluq və oğurluqda ittiham olunurdular.

Şalonin, xüsusilə də, şəriklərindən biri Aleksandr Yakubenkonun qətlində təqsirli bilinmişdi.

İndi mütəşəkkil cinayətkar dəstənin keçmiş üzvü, Leninqrad vilayətinin rəhbərliyi ilə rəsmi tədbirlərdə iştirak edir.

Gərək ki, bizlərdə belələri üçün... “kimin əvvəli, kimin axırı” deyirlərm də...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə