. "Polşaya müharibə elan etməliyik..."

. "Polşaya müharibə elan etməliyik..."

Bu arada Ukrayna prezidenti dəftərxanasının keçmiş müşaviri Aleksey Arestoviç Polşaya müharibə elan etməyi təklif edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Arestoviç taxılla bağlı Varşava ilə diplomatik qalmaqalları istehza ilə şərh edib.

“Düşünürəm ki, biz işlər görmürük. Polşaya müharibə elan etməliyik. Bu, 100 il əvvələ çox oxşar olacaq. Düzdür, axır belə olacaq, amma görünür, biz bunu çox istəyirik”.

Qeyd edək ki, bunu sosial şəbəkələrdə yazan Arestoviç Kiyevin hərəkətlərini siyasi intihar hesab edir.

Bir daha xatırladaq ki, Kiyevin kənd təsərrüfatı məhsullarının ixracını məhdudlaşdırmaqdan imtina etməsi fonunda Polşa ilə Ukrayna arasında münasibətlər pisləşib ki, bu da polşalı fermerlərə təsir edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə