““Eşqimiz” elə bu qədərmiş..?”

Varşava Kiyevi eskalasiya ilə hədələyib, Ukrayna məhsullarına embarqonu genişləndirəcəyini vəd edib
““Eşqimiz” elə bu qədərmiş..?”

Polşanın baş naziri Mateuş Moravecki Ukrayna hakimiyyətinə kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı münaqişənin qızışdırılmasına qarşı xəbərdarlıq edib. Onun sözlərinə görə, Polşa Ukraynadan idxalı qadağan edilən malların siyahısını genişləndirməyə hazırdır.

SİA-nın əldə etdiyi məlumata görə, Polşa hökumətinin başçısı “Polsat” telekanalına danışarkən deyib: “...Mən Ukrayna hakimiyyətinə xəbərdarlıq edirəm: əgər onlar münaqişəni gərginləşdirsələr, biz Polşaya qadağan olunmuş idxallar siyahısına daha çox məhsul əlavə edəcəyik”.

Maraqlıdır ki, polşalı nazir Ukrayna üçün çox şey etdiklərini xatırladaraq, anlaşmaya ümid etdiyini də gizlətməyib.

...Biz, əlbəttə ki, Ukrayna tərəfindəki bütün problemlərə hörmətlə yanaşırıq, lakin bizim üçün ən vacib olan fermerlərimizin, Polşa kənd təsərrüfatı sektorunun maraqlarıdır.

Qeyd edək ki, bunu da Mateuş Moravecki deyib.

Xatırladaq ki, sentyabrın 15-də Avropa Komissiyası Ukraynadan Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya taxıl tədarükünə embarqonu uzatmaqdan imtina edib. Üç Şərqi Avropa ölkəsinin nümayəndələri bununla razılaşmayaraq, milli səviyyədə Ukrayna taxılının idxalını məhdudlaşdırıblar. Buna cavab olaraq Kiyev Ümumdünya Ticarət Təşkilatına Bratislava, Budapeşt və Varşavaya qarşı iddia qaldırmağa başlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə