Gürcüstan prezidenti Salome Zurabişvili Milli Bankın prezidenti səlahiyyətlərini icra edən Natia Turnavanı istefaya getməyə çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bundan əvvəl Turnavanın namizədliyini parlamentə məhz Zurabişvili özü təqdim etmişdi.
İndi isə...“Natia Turnavanın Milli Bankın rəhbəri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə namizədliyini irəli sürmək qərarımdan təəssüflənirəm...” deyir.
Gürcüstan prezidentinin fikrincə, Milli Bankın müstəqilliyini qoruya bilməyən istefa verməlidir.
Zurabişvilinin dediyinə görə, şuranın məsuliyyəti öz üzərinə götürməsi və nəzarət funksiyasını yerinə yetirməsinin vaxtı çatıb..
Prezidentin sözlərinə görə, Milli Bankın şurası bir qərarla beynəlxalq maliyyə sanksiyalarının tətbiqi mexanizmini dəyişdirən Turnavanın qərarını ləğv etməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB