...ABŞ hazırda “seçki platformasını” arzuolunmaz rəqiblərdən fəal şəkildə təmizləyir. Prezident Cozef Bayden isə, təbii ki, çətin seçkilər ərəfəsində bu dəstəyə diqqət yetirməkdədir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sentyabrın 20-də keçirdiyi brifinqdə bəyan edib.
O, hətta kimlərəsə “gözdağı verərək”, Baydenin amerikalı vətəndaşlardan aldığı dəstəyin heç vaxt Rusiya prezidenti Vladimir Putinə verilən dəstək qədər güclü olmadığını da bildirib.
“Prezident Bayden siyasətçi kimi bütün karyerası ərzində heç vaxt prezident Putin qədər dəstək qazanmayıb. O, yəqin ki, buna can atmalıdır, xüsusən də onu çox, çox çətin seçkilər gözləyir. Biz başa düşürük ki, Birləşmiş Ştatlar indi seçki platformasını arzuolunmaz rəqiblərdən fəal şəkildə təmizləyir. Bizim öz narahatlıqlarımız var, onları həll edəcəyik”.
Qeyd edək ki, Kreml nümayəndəsi jurnalistlərin ABŞ prezidenti Cozef Baydenin Vladimir Putini “diktator” adlandıraraq yenidən təhqir etdiyi Ağ Evin mətbuat hovuzunun hesabatını şərh etmək istəyinə belə cavab verib.
Yeri gəlmişkən, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə Çinin oktyabr ayında Çin sədri Si Cinpinin dəvətini məmnuniyyətlə qəbul etdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB