Nigeriya hakimiyyəti eynicinslilərin toyunda iştirak etdiyi iddiası ilə həbs edilən 69 yerli sakini girov müqabilində azad etməyə razılaşıb. Bu barədə həbs edilənlərin vəkili məlumat verib.
SİA-nın əldə etdiyi məlumata görə, hər bir məhbus üçün girov məbləği 500 min naira - təxminən 650 dollar təşkil edib.
Deyilənlərə görə, şübhəlilər avqustun 29-da Varri şəhərindəki oteldə həbs ediliblər. Onlar polisin LGBT toyu kimi qəbul etdiyi ziyafətdə qonaq imişlər. Qeyd edək ki, toy təşkilatçılarının adları açıqlanmır.
Xatırladaq ki, Nigeriyada eynicinslilərin nikahı qanunsuzdur. Nigeriya eyni cinsdən olan insanlar arasında ictimai sevgi ifadəsini, həmçinin LGBT+ təşkilatlarının fəaliyyətlərində iştirakını cinayət hesab edir. Belə bir cinayət 10 ildən 14 ilə qədər həbslə nəticələnə bilər.
Yeri gəlmişkən, 2022-ci ildə Nigeriya Ali Məhkəməsi hüquq-mühafizə orqanlarının məhkəmə hökmündən əvvəl məhbusların adlarını və saxlanma təfərrüatlarını dərc etmək hüququna malik olmadığı barədə qərar çıxarıb.
...Lakin bu qayda mütəmadi olaraq pozulur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB