Nyu-Yorkda Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və ABŞ dövlət başçılarının C5+1 formatında ilk zirvə görüşü keçirilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
ABŞ prezidenti Cozef Baydenin ev sahibliyi etdiyi sammitdə Qazaxıstan prezidenti Kasım Comert Tokayev, Qırğızıstan prezidenti Sadır Caparov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Tacikistan prezidenti Emoməli Rəhmon və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov iştirak edib.
Qeyd olunub ki, 8 il əvvəl Səmərqənddə xarici işlər nazirləri səviyyəsində yaradılmış C5+1 formatı dövlət başçıları səviyyəsinə qaldırılıb, Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında bütün sahələrdə.
açıq və konstruktiv dialoqun və səmərəli əməkdaşlığın inkişafı üçün mühüm platformaya çevrilib.
Liderlər Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında iqtisadi əməkdaşlığı, o cümlədən təhlükəsizlik çağırışlarının, kibertəhlükəsizlik, terror, zorakı ekstremizm, qeyri-qanuni miqrasiya və narkotiklərin qanunsuz dövriyyəsinin həllində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Sammitdə çıxış edən Qazaxıstan prezidenti Kasım Comert Tokayev Almatıda Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya və Əfqanıstanda Regional Davamlı İnkişaf Məqsədləri Mərkəzinin yaradılmasında ABŞ-ın dəstəyinə inandıqlarını bildirib.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev isə ticarət və investisiya fəaliyyətinin gücləndirilməsi, layihə əməkdaşlığının qurulması, regionda nəqliyyat dəhlizlərinin inkişafı, insan haqlarının təmin edilməsi, təhsil proqramlarının yayılması, Əfqanıstandakı vəziyyətin sülh yolu ilə həllinə kömək kimi məsələlərə diqqət çəkib.
Qırğızıstan prezidenti Sadır Çaparov isə qeyd edib ki, sammit qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi, təhlükəsizliyin və sabitliyin təmin edilməsi, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli şərait yaratmaq məqsədi daşımalıdır.
Çaparov “ABŞ ilə əməkdaşlıq, o cümlədən C5+1 formatı Qırğızıstanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir” deyib.
Tacikistan prezidenti Emoməli Rəhmon da artan çağırış və təhdidlər, terror və ekstremizmlə mübarizə, narkotiklərin qanunsuz dövriyyəsi, regional təhlükəsizliyin təmini, Əfqanıstandakı siyasi vəziyyət və Tacikistanın Əfqanıstanla sərhədinin mühafizəsi məsələlərinə toxunub və bu prosesdə beynəlxalq dəstəyin və əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüşün sonunda Mərkəzi Asiya ölkələri ilə ABŞ arasında qarşılıqlı anlamanın dərinləşdirilməsi və konstruktiv tərəfdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.
Digər tərəfdən, ABŞ prezidenti Co Bayden BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında C5+1 dialoq formatında Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşüb.
Cozef Bayden görüş zamanı deyib: "Düşünürəm ki, bu, tarixi bir məqamdır. Biz Mərkəzi Asiya ilə ABŞ arasında münasibətləri uzun illər davam edən sıx əməkdaşlıq, suverenlik, müstəqillik və ərazi bütövlüyü ilə bağlı ortaq öhdəliyə əsaslanan əməkdaşlıq üzərində qururuq".
ABŞ-ın əməkdaşlığı yeni zirvələrə qaldırdığını qeyd edən Co Bayden bildirib ki, Vaşinqton Mərkəzi Asiya regionunda təhlükəsizliyin maliyyələşdirilməsi, terrorla mübarizə, iqtisadiyyat, enerji təhlükəsizliyi, təchizat zəncirlərinin gücləndirilməsi və bir sıra başqa sahələr üzrə əməkdaşlığı gücləndirməyi hədəfləyir. O əlavə edib: "Bu gün səmərəli söhbətinizə görə hamınıza təşəkkür etmək istəyirəm və gələcəkdə daha da böyük işlər görmək üçün sizinlə birlikdə işləməyi səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, sammit tarixdə ilk dəfə C5+1 formatında yüksək səviyyədə keçirilən tədbir olub və BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 23:02Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



