Türkiyənin Adana şəhərində tək yaşayan Serdar Öməzlinin mənzilindən pis qoxular yayıldığı üçün qonşuları polisə xəbər verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, çilingərlərin girdiyi mənzildə Öməzlinin cəsədi tapılıb.
Hadisə günorta saatlarında Çukurova rayonu Şambayadı məhəlləsində yaşayış binasında baş verib. Çilingər köməyi ilə evə daxil olan qruplar Öməzlinin cansız bədəni ilə qarşılaşıb. Təxminən bir həftə əvvəl öldüyü ehtimal edilən Ömzelinin cənazəsi aparılan araşdırmalardan sonra Adana Ədli Tibb Qurumunun meyitxanasına aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə