Məhkəmə “Yeni Böyüklüy”ü ekstremist təşkilat kimi tanıyıb

Məhkəmə “Yeni Böyüklüy”ü ekstremist təşkilat kimi tanıyıb

Bu arada Moskva Şəhər Məhkəməsi “Yeni Böyüklük” qeyri-rəsmi hərəkatını ekstremist təşkilat kimi tanıyıb və onun Rusiyada fəaliyyətini qadağan edib.

SİA-nın əldə etdiyi məlumata görə, hərəkatın məqsədinin “dövlətin konstitusiya quruluşunu sarsıtmaq” olduğunu bildirən prokurorluğun iddiası təmin edilib.

Xatırladaq ki, “Yeni Böyüklük”ə qarşı cinayət işi 2018-ci ilin martında açılıb. İstintaqın məlumatına görə, ən kiçiyinin 19, ən böyüyünün 33 yaşı olan 7 gənc guya ekstremist icma yaradaraq dövlət çevrilişi hazırlayırmış.

Maraqlıdır ki, təqsirləndirilən şəxslərin vəkilləri cinayət işinin hüquq-mühafizə orqanlarının əməkdaşlarının təxribatı nəticəsində baş verdiyini və “Yeni Böyüklük” icmasının özünün heç vaxt mövcud olmadığını iddia edirdilər.

Yeri gəlmişkən, media məhkəmə materiallarının cinayət təhqiqat kapitanı, Daxili İşlər Nazirliyinin “E” Mərkəzinin əməliyyatçısı, gənclər arasında sızan FSB əməkdaşı kimi tanınan Mixail Rastorquyev və digər “gizli şahid”in ifadələrinə əsaslandığını yazır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə