Polşa artıq ukraynalı qaçqınlara kömək etmək niyyətində deyil

Polşa artıq ukraynalı qaçqınlara kömək etmək niyyətində deyil

Polşa ukraynalı qaçqınlara yardım göstərməkdən imtina edir. Deyilənlərə görə bunu Polşa hökumətinin sözçüsü Piotr Müller çərşənbə axşamı, sentyabrın 19-da bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Do Rzeczy” portalı yayıb.

Polşa hökumətinin nümayəndəsi qeyd edib ki, ölkəyə gələn ukraynalılar üçün güzəştlər daimi deyil və qaydalar sadəcə olaraq gələn ilin əvvəlində başa çatacaq.

Müller bildirib ki, Ukrayna vətəndaşlarına dəstək tədbirləri yalnız silahlı münaqişənin davam etdiyi dövr üçün həyata keçirilib.

Xatırladaq ki, bundan əvvəl Polşa Daxili İşlər Nazirliyinin rəis müavini Pavel Şefernaker Avropa İttifaqının xəsisliyindən narazılığını bildirərək, Ukraynadan olan qaçqınlara yardım üçün ayrılan 200 milyon avronu yetərli hesab etməmişdi.

Onun sözlərinə görə, Varşava ukraynalı qaçqınlara Avropa İttifaqından xeyli çox pul xərcləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə