Krımın 472 sakini rus ordusunu gözdən salmaqda ittiham olunur...

Krımın 472 sakini rus ordusunu gözdən salmaqda ittiham olunur...

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri ilhaq edilmiş Krımın 472 sakini Rusiya İnzibati Məcəlləsinin Rusiya ordusunu nüfuzdan salmaq maddəsi ilə ittiham olunub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Krım Prosesi” hüquq müdafiə təşkilatının hesabatında deyilir.

Beləliklə, hüquq müdafiəçilərinin monitorinqinə əsasən, 424 iş üzrə məhkəmə tərəfindən inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilib, 25 işdə pozuntuların aradan qaldırılması üçün protokol geri qaytarılıb, 12 dəfə iclaslar təxirə salınıb və bu günə qədər baş tutmayıb. daha 11 iş üzrə isə xitam verilib.

Hesabatda diffamasiya ilə bağlı bütün işlərin səksən faizindən çoxunun sosial şəbəkələrdəki yazılara və ya vətəndaşların şifahi ifadələrinə görə başlandığı, qərarların böyük əksəriyyətinin isə bağlı qapılar arxasında, dinləyici və mətbuatın iştirakı olmadan verildiyini bildirilir.

Qeyd edək ki, işlərə baxılmasında iştirak edən 131 hakimdən 69-u dövlətə xəyanətdə şübhəli bilinərək Ukrayna hakimiyyəti tərəfindən axtarışa veriliblər.

Daha 25 hakim isə Rusiyanın regionlarından Krıma köçürülüb ki, bu da onların beynəlxalq humanitar hüququ pozaraq ədalət mühakiməsini həyata keçirməsi deməkdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə