Paşinyanın baş verənlərə müdaxiləsi tələb olunur

Paşinyanın baş verənlərə müdaxiləsi tələb olunur

Rus saytları İrəvanın mərkəzində kortəbii şəkildə keçiilən etiraz aksiyasından yazırlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, polislə toqquşmalar başlayıb, bəzi nümayişçilər polisə daş atmağa başlayıb.

Deyilənlərə görə, hökumət əleyhinə şüarlar səsləndirən etirazçılar, baş nazir Nikol Paşinyanın baş verənlərə müdaxiləsini tələb edirlər.

Daha bir qrup erməni etirazçı Rusiya səfirliyi qarşısında aksiya keçirirlər. Onlar bölgədə yerləşdirilən Rusiya sülhməramlılarından mülki insanları təcavüzdən qorumağı tələb ediblər.

Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, Qarabağdakı Rusiya sülhməramlılarının özlərinə təhlükə olmadığı təqdirdə onların silahdan istifadə etmək hüququ olmadığını bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə