Rusiyada ət və yumurtanın qiyməti bahalaşacaq...

Rusiyalılara bu ilin sonuna kimi toyuq yumurtası və ətinin, eləcə də ət məhsullarının bahalaşması ehtimalı barədə xəbərdarlıq edilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “AB-Center”in baş direktoru Aleksey Pluqov danışıb.

Onun sözlərinə görə, ət 5 faiz, yumurta isə 15 faiz bahalaşa bilər.

Ekspert toyuq yumurtasının bahalaşmasını mövsümi amil və bütün quşçuluq məhsullarının bahalaşması ilə izah edib ki, bu da öz növbəsində valyuta məzənnələrindəki dalğalanmalar və elektrik enerjisi tarifləri ilə bağlıdır.

Maraqlıdır ki, bir müddət bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyi sentyabr ayında Rusiya Federasiyasında ətin qiymətinin ucuzlaşacağını proqnozlaşdırmışdı.

Yeri gəlmişkən, rusiyalılara Yeni il üçün şampan şərabının kəskin bahalaşması ilə bağlı xəbərdarlıq da edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə