Avropadakı ukraynalı qaçqınların sayı 10 milyon nəfərə çatıb

Genişmiqyaslı işğalın başlamasından sonra Avropaya gələn ukraynalı qaçqınların sayı 10 milyon nəfərə çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Fransanın Sud Radio radiostansiyasına müsahibəsində Avropa İttifaqının daxili bazar üzrə komissarı Tyerri Breton deyib.

Breton bildirib ki, Polşa, Macarıstan və Çexiya qaçqınların qəbulunda ən fəal ölkələrdir. Bretonun məlumatına görə, Çexiyada, Ukraynadan gələn miqrantların sayı 440 min nəfərdir - bu, ölkə əhalisinin 4 faizini təşkil edir. Avropa komissarı eyni zamanda bunun bütün Avropanı narahat edən məsələ olduğunu da bildirib.

“...Bu, hamımıza təsir edən problemdir, Avropanın cənubunda da, şərqdə də bizə təsir edir”.

Bunu da Breton bildirib.

Qeyd edilir ki, Avropa Komissiyası Rusiyanın Ukraynaya təcavüzündən qaçan insanların müvəqqəti müdafiəsi mexanizmini 2024-cü il martın 4-dən 2025-ci il martın 3-dək uzadacaq.

Avropa Komissiyasının bəyanatında, Avropa İttifaqının himayəsindən istifadə edən dörd milyondan çox insana dəstək veriləcəyi vurğulanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə