Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Ermənistan baş nazirinin ofisinin mətbuat xidmətinin məlumatına görə, Makron Paşinyana bildirib ki, Qarabağdakı vəziyyətlə əlaqədar Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edəcək.
Söhbət zamanı Qarabağdakı vəziyyət müzakirə olunub. Hər iki tərəfdən güc tətbiqinin qəbuledilməzliyi vurğulanıb və gərginliyin azaldılması üçün beynəlxalq mexanizmlərdən istifadənin zəruriliyi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə