Peskov Kremlin narahatlığını ifadə edib

Qarabağda “hərbi əməliyyatların başlaması” ilə bağlı

Moskva Bakı ilə İrəvan arasında münaqişənin sülh yolu ilə həlli üçün fürsət görür və Qarabağda vəziyyətin gərginləşməsi fonunda hər iki tərəflə əlaqə saxlayır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib və Kremlin “Qarabağda gərginliyin kəskin artması və hərbi əməliyyatların başlanmasından narahat olduğunu” bildirib.

O, həmçinin Qarabağda hərbi əməliyyatların başlanması ilə bağlı Rusiya Federasiyasının guya əvvəlcədən xəbərdar edildiyini təsdiqləməyib.

Kreml sözçüsünün dediyinə görə, Moskva Qarabağ münaqişəsinin nizamlanmasının diplomatik müstəviyə qayıtması üzərində işləyir. “Bunun üçün yeganə substantiv əsas üç il əvvəl Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli sənədlərdir”, - Peskov jurnalistlərə bildirib.

Eyni zamanda, o, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə təmasların olmasını istisna etməyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə