...Peçora şəhərinin meri Valeri Serov Ukraynaya qarşı müharibəyə gedib. Peçora rayon şurası onun bələdiyyə başçısı postunu saxlamaqla altı aylıq cəbhəyə getməsinə razılıq verdi.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Dövlət Dumasının deputatı Oleq Mixaylov yazır.
Qeyd edək ki, bu arada Rusiya Federasiyası Kommunist Partiyasından olan deputatlar Serovun müharibəyə getməsinə etiraz ediblər. Onlar hesab edirlər ki, bu yolla mer bələdiyyə müqavilələri ilə bağlı korrupsiya işlərində cinayət məsuliyyətindən yayınmaq istəyir.
Rusiya Federasiyası Kommunist Partiyası rayon rəhbərindən tədbir tələb edən ərazilərin qışa hazırlığının hələ də başa çatmadığını, bir çox yaşayış məntəqələrində odun daşınmadığını, boruların təmirinin başa çatmadığını və digər problemləri qeyd edib.
Qeyd edək ki, Vorkutanın keçmiş nəqliyyat prokuroru Aleksey Abramov tələbə Stepan Soninin xəsarət alması ilə nəticələnən qəzaya görə 4,5 il müddətinə azadlıqdan məhrum ediləndən sonra Ukraynaya müharibəyə gedib.
Maraqlıdır, görən Valeri Serovun nə “qrexi” var?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə